Tamponu necə daxil etməli?

Part-1 Diagram Tampax Azeri
Part-1 Diagram Vagina Azeri

İlk dəfə tampon istifadə edirsinizsə, sizə kömək etmək üçün buradayıq! Tampon taxmaq bir az qorxulu səslənsə də, tamponu düzgün yerləşdirməyi öyrəndikdən sonra bunun düşündüyünüz qədər qəribə və ya qorxulu olmadığını görəcəksiniz.

Tampon uyğun olacaqmı?

İlk öncə, unutmayaq ki, vagina bir körpənin belə yerləşdiyi elastik bir orqandır. Odur ki, tampon taxmaqdan çəkinmək lazım deyil. Tamponların ölçüləri onların çəkdiyi mayenin miqdarına görə hesablanır. Hansı tampon ölçüsündən başlayacağınızı bilmirsinizə, Standart ölçünü sınayın – əksər qadınlar bu tampondan istifadə edirlər. Tam anlayışlı olana qədər ən kiçik tamponla başlamaq istəyirsinizsə, Ultra güclü maye çəkmə qabiliyyətini yoxlayın. Tamponunuz bir neçə saat ərzində sızırsa, daha böyük ölçüdən istifadə edin. Tamponunuzu dəyişdirmək narahatdırsa, daha kiçik ölçünü yoxlayın. Burada menstruasiya axınına istinadən tamponları və onların ölçülərini müqayisə edə bilərsiniz.

Tampon taxanda ağrı olurmu?

Xüsusən ilk dəfə tampon taxırsınızsa, bu bir az qəribə hiss etdirə bilər. Yaxşı xəbər isə odur ki, heç bir ağrı hiss etmirsiniz - tampon taxmaq tamamilə ağrısızdır. Ağrı hiss etdiyiniz zaman ağrını azaltmaq üçün edə biləcəyiniz şeylər var. Oxumağa davam edin!

Tamponun daxil etmək üçün addımlar

Addım 1: Əllərinizi yuyun

Tampon qoymazdan əvvəl və sonra əllərinizi sabun və su ilə yumaq lazımdır.

Addım 2: Tamponu əlinizə götürün

Açın və necə taxacağınızdan əmin olun. Əvvəllər heç vaxt tampon görməmisinizsə, ilk dəfə gördüyünüz anda tampon qorxulu görünə bilər, amma əslində tamponun özü aplikatorun içərisindədir. Aplikatorlu tamponları vaginaya daxil etmək daha asandır. Bəzi tampon aplikatorları plastik, bəziləri isə kartondur, lakin hər iki aplikator tamponu təhlükəsiz şəkildə istifadə edilə bilər. Aplikatorda tamponu saxlayan daha böyük, xarici tübik, tamponu əlinizdə tutduğunuz yerdə ""tutma"" sahəsi və ipin ucunun çıxdığı daha kiçik bir tübik var. Daha kiçik tübik əslində aplikatoru daxil etdikdən sonra tamponu vaginaya itələmək üçün istifadə etdiyiniz pistondur. Hər bir komponentə baxmaq üçün Tampax Pearl aplikator tamponunun bu diaqramına nəzər salın.

Tampax Pearl Compak və Tampax Compak tamponlarından (daha kiçik, daha yığcam paketdə olan) istifadə edirsinizsə, işləməsi üçün klik səsini eşidənə qədər pistonu çəkməli olacaqsınız. Klik səsini eşitməsəniz, tamponu aplikatordan çıxarmaq üçün piston işləməyəcək deməkdir.

Addım 3: Vaginanızın yerini dəqiqləşdirin

Onun harada yerləşdiyini hamımız bilirik, lakin çox az qadın öz cinsiyyət orqanına yaxından baxır. Güzgü götürün və vaginal kanala yaxından baxıb tamponun hara girəcəyini görün.

Addım 4: Rahat olun və tamponu qoymağa hazır olun

Rahat dayanın, özünüzü sıxmayın ki, tamponu vaginaya düzgün şəkildə qoya biləsiniz. Əksər insanlar tualetdə oturaraq və ya ayaqüstə bir az əyilərək tamponu qoymağa üstünlük verirlər. Bundan əlavə, həm də uzanıb, yaxud bir ayağınızı pillə və ya yüksək səthə (məsələn, hamam vannasının kənarına) qoyaraq da tamponu yerləşdirə bilərsiniz. Ən əsası isə dərindən nəfəs almaq və bütün əzələlərinizi boş buraxmaqdır – əgər belinizin və ya vaginanın ətrafındakı əzələləri sıxsanız, tamponu yerləşdirmək bir az çətin olacaq.

Addım 5: Tamponun ucunu hazırlayın

Tamponu tutacağından (pistonun üstündəki kiçik hissə) tutun və aplikatorun ucunu vaginal girişə salın.

Addım 6: Doğru bucağı istifadə edin

Ucunu daxil etdikdən sonra tamponu düz yuxarıya deyil, aşağı arxa tərəfə yönəldərək salın. Vaginal kanalınız çanaqdan yuxarı düz yerləşməyib - əslində bir az aşağıdadır. Sizə uyğun olan bucağı tapdıqda, tamponu daha rahat taxacaqsınız.

Addım 7: Ucdan sona qədər

Artıq tam daxil etmək vaxtıdır. Tampon aplikatorunu yavaş-yavaş ucundan tutacağına qədər daxil edin. Kifayət qədər dərinə daxil etdikdə, tutacaqda olan barmaqlarınız, yəqin ki, vulvanıza (vaginanın xarici girişi) toxunacaqdır.

Addım 8: Sabitləyin

Ucdan tutacağa qədər daxil etdikdən sonra şəhadət barmağınız və ya digər əlinizlə pistonu aplikatora tam daxil edin və əlinizi tampondan çəkin.

Addım 9: Aplikatoru çıxarın

Pistonu tamamilə içəri saldıqdan sonra aplikatoru (hər iki plastik parça) çıxarın. İp vaginanızdan asılı qalan yeganə şey olacaq.

VƏSSALAM!

Bacardınız! Tamponu taxdınız. Tapmonu çıxarmağı öyrənmək üçün oxumağa davam edin.

Tamponun daxil edilməsi üçün tövsiyə

Əgər tampon sizi narahat edirsə və gəzərkən sizə əziyyət verirsə, bunun səbəbi tamponun vaginanın tam çərisində olmamasıdır. Belə hallarda barmağınızla tamponu daha da içəri itələyin. Bu, adətən problemi həll edir.

Əgər hələ də problem varsa

Qadınların çoxu tamponu səhv bucaqla daxil edirlər və ya daxil edərkən stressə girib, vaginal giriş ətrafındakı əzələləri sıxırlar. Ancaq doğru bucaqda daxil etdiyiniz və özünüzü olduqca rahat hiss etdiyiniz halda belə tamponu daxil edə bilmirsinizsə, ginekoloqa müraciət etməlisiniz. Müalicə tələb edən bir probleminiz ola bilər. Adətən bu halda iki problem ola bilir:

Potensial fəsad: qızlıq pərdəniz

Qızlıq pərdənizin quruluşu tampon qoymağı çətinləşdirə bilər. Qızlıq pərdəsi vaginal girişdə yerləşən nazik və elastik bir toxuma halqasıdır. Əksər qızlıq pərdələrinin ortasında tamponun asanlıqla keçə biləcəyi tək bir giriş var, lakin bəzilərində çox kiçik bir giriş və ya girişi qismən bağlayan septum (toxuma bandı) var. Əgər problem bu olarsa, sizə lazım olan çox sadə bir prosedurdur. Əksər ginekoloqlar bölgəni keyitdikdən sonra bunu həll edə bilirlər. Prosedur tez və asan baş verir.

Potensial fəsadlar: vaginizm

Bəzi insanların tampon taxa bilməməsinin digər səbəbi isə vaginizm adlı xəstəlikdir ki, bu zaman vaginal giriş ətrafındakı əzələlər o qədər gərginləşir ki, vaginaya girişə icazə vermir. Əzələlər sizdən asılı olmadan sıxılır, yəni siz onlara nəzarət edə bilmirsiniz və hətta nə baş verdiyini belə dərk etmirsiniz. Çox vaxt bu hal vaginanı əhatə edən və ya etməyən bir zədə və ya travmatik təcrübədən sonra yaranır. Vaginizm nəzarət edə biləcəyiniz bir xəstəlik deyil, ancaq müalicə ilə sağala biləcək xəstəlikdir. Vaginizimdən əziyyət çəkirsinizsə, ginekoloqunuzla məsləhətləşməlisiniz. O, sizə potensial olaraq çanaq döşəməsi fizioterapevti ilə işləməyi məsləhət görəcəkdir – onlar vaginizmin müalicəsində möcüzələr yarada bilərlər.

Hər şeyin çarəsi var

Tamponu taxmaqda çətinlik çəkirsinizsə və ya taxarkən davamlı ağrılarınız olursa, etibar etdiyiniz həkimdən tibbi yardım almalısınız. Probleminizi bölüşməkdən çəkinməyin. Burada utanmalı heç nə yoxdur. Həkimlər sizə kömək edəcək! Ginekoloqlara bu problemlə müraciət edənlərin sayı düşündüyünüzdən daha çoxdur.

Tamponu necə çıxarmalı

Tamponu doğru yerləşdirməyi artıq öyrəndiniz. İndi isə tamponu çıxarmağı öyrənməyin vaxtıdır. Tamponu çıxarmazdan öncə əllərinizi yuyun. Sonra, rahat vəziyyətdə dayanın, bədəninizi boş buraxın və tampon ipinin yerini əlinizlə təyin edin. Sonra orta və baş barmağınızla ipdən tutun və yavaş-yavaş onu vaginanızdan çıxarın. Tamponu tualetə atmaq olmaz. Tamponlar məişət tullantıları ilə birlikdə düzgün şəkildə atılmalıdır. Tamponu çıxardıqdan sonra əllərinizi yumağı unutmayın. Bu qədər sadə! Artıq tampondan necə istifadə edəcəyinizi bilirsiniz.

Top